İran ABŞ-la danışıqlardan dərhal sonra Çin və Rusiya ilə məsləhətləşib

Maskatda ABŞ ilə danışıqların birinci mərhələsinin başa çatmasından dərhal sonra İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov və Çin səfiri Konq Peyu ilə məsləhətləşmələr aparıb.

Musavat.com xəbər verir ki, məlumatı Qəribabadi X paylaşımında açıqlayıb: “Bu gün Pekinə səfərimdən və Omandakı danışıqlardan sonra Tehrandakı Rusiya və Çin səfirləri ilə görüşdüm və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi apardım”.

Tehranın nüvə proqramı ilə bağlı  İran və ABŞ arasında danışıqların növbəti mərhələsi fevralın 6-da Omanın paytaxtında baş tutub. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Araqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Vitkoff rəhbərlik edib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button