İran Böyük Britaniyaya nota verib

Böyük Britaniyanın İrandakı səfiri Seymon Şerkliff bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub.

Polise.az  xəbər verir ki, buna səbəb Suriya-İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına silahlı basqın nəticəsində 3 amerikalı hərbçinin öldürülməsində İranın ittiham edilməsidir. Belə ki, ABŞ-la yanaşı, Böyük Britaniya da baş verən hadisədə İranı təqsirkar bilib. Bu ölkələr iddia edir ki, ABŞ hərbi bazasına qarşı terror aktının İranın Yaxın Şərq bölgəsində dəstəklədiyi və silahlandırdığı qruplaşmalar törədiblər.

İran bu iddiaları rədd etsə də, rəsmi London təkidlə Tehranı təqsirkar hesab edir. Böyük Britaniyanın Baş naziri Rişi Sunak İranı ittiham etdikdən və regionda vəziyyəti daha da gərginləşdirməməyə çağırdıqdan sonra rəsmi Tehran hərəkətə keçib. Bundan sonra Böyük Britaniya səfiri İran XİN-ə çağırılıb və ona etiraz notası təqdim edilib.

Səfir bildirib ki, İran hökumətinin etirazını tez bir zamanda öz hökumətinə çatdıracaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button