“İran böyük səhvə yol verdi” – Regionu ərəb-fars müharibəsi gözləyir? – VİDEO

“Yaranmış vəziyyətin nəzarətdən çıxma riski yüksəkdir. Biz İranı Ərəb ölkələrindəki hədəflərə hücum etməkdən çəkinməyə çağırırıq, çünki münaqişənin genişləndirilməsinin iranlılara xidmət etməyəcəyini və vəziyyəti daha da gərginləşdirəcəyini bilirik”.
Moderator.az Baku TV-yə istinadən bildirir ki, bu sözləri Ərəb Dövlətləri Liqasının baş katibinin sözçüsü Camal Rüşdi deyib.
Bu xəbərdarlıq, sadəcə, söz deyil. Husam Zəki də bildirib ki, Ərəb Dövlətləri Liqası ümumi silahlı qüvvələrin yaradılması ideyasını müzakirə edir.
Onun sözlərinə görə, 2015-ci ildə Misir Prezidenti Əs-Sisi ilk dəfə ümumərəb qoşunlarının yaradılmasını təklif etmişdi. İndi İranın raket və dron hücumları məsələni yenidən aktullaşdırıb. Hətta məsələ Ərəb Dövlətləri Liqasının növbəti iclasında yenidən müzakirəyə çıxarılacaq. Bu məqamda maraqlıdır, Ərəb ölkələri ayrılıqda bu barədə nə düşünürlər?
Baku TV-nin sujetində bu və digər suallara aydınlıq gətirilib.



