İran deputatları İrəvanda saxta soyqırım abidəsini ziyarət etdi

14 yanvar tarixində İran İslam Respublikası parlamentinin Ermənistanla dostluq qrupunun üzvləri, Ermənistan Milli Məclisinin bəzi deputatlarının müşayiəti ilə İrəvandakı uydurma “erməni soyqırımı” abidəsini ziyarət ediblər.

Bu addım İranın molla rejiminin hər zaman olduğu kimi, müsəlman qonşuları Azərbaycanın əleyhinə olan erməni yalanlarını dəstəklədiyini bir daha göstərdi.

İranın bu davranışı regionda müsəlman həmrəyliyi prinsiplərinə zidd olmaqla yanaşı, Ermənistanın yalanlarına haqq qazandırmaq cəhdidir və antitürk mahiyyətlidir. Azərbaycanın maraqlarına qarşı bu kimi addımlar İslam dünyasında ciddi suallar doğurur. İranın Ermənistanla belə yaxınlaşması onun geosiyasi ikiüzlülüyünün bariz nümunəsidir.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button