İran Hörmüz boğazından keçidi bütün ölkələr üçün pullu elədi

“İstisnasız olaraq bütün ölkələr Hörmüz boğazından maneəsiz keçid üçün təhlükəsizlik haqları ödəməli olacaqlar”.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə İranın “NourNews” informasiya agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Dost ölkələr üçün boğazdan təhlükəsiz keçid icazələri yalnız təhlükəsizlik haqları ödənildikdən sonra veriləcək və heç bir ölkə bundan azad olmayacaq”, – agentliyin mənbəsi deyib.
Mənbə qeyd edib ki, İranın ABŞ və İsrailin hücumundan dəymiş zərərin qismən kompensasiyası strategiyası çərçivəsində Hörmüz boğazında təhlükəsizlik rüsumlarının tətbiqi ilə bağlı yeni protokol ciddi şəkildə bütün ölkələrə şamil olunacaq.
ABŞ Prezidenti Donald Tramp aprelin 5-də Hörmüz boğazı aprelin 6-dək açılmayacağı təqdirdə İranın enerji və mülki infrastrukturuna zərbələrin endiriləcəyi ilə hədələyib.
Polise.az



