İran Hörmüz boğazını tamamilə bağlayacaq

ABŞ İranın elektrik stansiyalarına hücum edərsə, Hörmüz boğazı tamamilə bağlanacaq.
Polise.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının sözçüsü Xatəm əl-Ənbiya bildirib.
“ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal aşağıdakı cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər yenidən açılmayacaq. Sionist rejimin (İsrail – red) bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları hədəfə alınacaq”, – deyə Xatəm əl-Ənbiya qeyd edib.
Polise.az



