İran İsraili başqa ölkədən vurmağa hazırlaşır
İran İsrailin son hücumuna cavab olaraq İraq ərazisindən genişmiqyaslı hücum etməyə hazırlaşır.
Teleqraf.com xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Məlumata görə, Tehran noyabrın 5-də ABŞ-da keçiriləcək ümumi seçkilər öncəsi çoxsaylı pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər. Zərbə üçün İraq ərazisinin seçilməsinin İranın İsrailin strateji hədəflərinə yeni hücumundan qaçmaq cəhdi olduğunu irəli sürür.
Qeyd edək ki, oktyabrın 26-da İsrail Müdafiə Qüvvələri “çoxsaylı davamlı hücumlara” cavab olaraq İran daxilindəki hərbi obyektlərə zərbələr endirib.
Polise.az