İran İsrailin atəşkəsi pozacağından qorxur

İsrail ordusu İranla atəşkəsi poza bilər. Bu açıqlama ilə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi çıxış edib.
“Biz bu münaqişəni başlamamışıq, lakin bütün imkanlarımızdan istifadə edərək təcavüzkarın hərəkətlərinə cavab vermişik”, – deyə onun bəyanatında bildirilir.
Musəvi bəyan edib ki, İran İsrailin yeni zərbələrinə cavab verəcək.
Polise.az