İran kürdlərin bazalarını bombardman etdi

İran Silahlı Qüvvələri İraq Kürdüstanı ərazisində yerləşən kürd birləşmələrinin hərbi bazalarına raket zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, İran tərəfi hədəflərə üç raket buraxıb.

***

11:16

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzinin şimal hissəsində ABŞ-yə məxsus neft tankerinə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.

***

11:00

İran Silahlı Qüvvələri İsrailin şimalında yerləşən “Ramat-David” hərbi hava bazasına raket zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb.

 

***

10:19

İsrail Müdafiə Qüvvələri (SAXAL) ötən gecə Livanın paytaxtı Beyrutda “Hizbullah” hərəkatına məxsus strateji obyektlərə silsilə hava zərbələri endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində “Hizbullah”ın bir neçə mühüm komandanlıq məntəqəsi məhv edilib.

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button