İran məsələsində ABŞ-la tam koordinasiyadayıq-Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İranla bağlı vəziyyəti müzakirə etdiyini və tərəflər arasında tam koordinasiyanın mövcud olduğunu bildirib.
Polise.az Moderator.az-a istinadən xəbər verir ki, hökümət başçısı bunu videomüraciətində deyib.
Netanyahu qeyd edib ki, Vaşinqton Tehrana qarşı həm iqtisadi, həm də hərbi təzyiq siyasəti yürüdür və İsrail bu prosesdə ABŞ-la sıx əməkdaşlıq edir.
Onun sözlərinə görə, İranın fəaliyyətləri region üçün təhlükə olaraq qalır.
Baş nazir əlavə edib ki, iki ölkə İranın potensial addımlarına qarşı birgə strategiya üzərində işləyir.



