İran mollalarının “siyasət sevgisi”: Üzrxahlıq əvəzinə təkrarlanan səhv – ŞƏRH

İranın ali dini rəhbəri Əli Xameneyinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini Azərbaycan Prezidenti İlham Əliyevin televiziya kanallarına müsahibəsindən sonra qorxuya düşənlərdən biri olub.

Polise.az  “Azad İran”a istinadən xəbər verir ki, molla Azərbaycan Prezidenti barədə özünəlayiq ifadələrlə çıxış edib.

Bununla da İran rəsmiləri növbəti dəfə Azərbaycan və Türkiyə prezidentlərinə düşmənçiliyini nümayiş etdirib. Sözügedən davranış nə bölgədə baş verən gerçəklərini anlamaqdan, nə də qarşılıqlı hörmət prinsiplərindən xəbər verir, əksinə nifaq siyasətini açıq şəkildə ortaya qoyur.

Məsələ burasındadır ki, İran mollaları özlərini siyasətçi kimi təqdim etməyə çalışırlar. Halbuki onların yeganə işi Quranı insanlara başa salmaq, onları dini rituallara əməl etməyə çağırmaqdır. Mümkündür ki, İran mollaları Bakıya qarşı çıxış etməzdən əvvəl hansısa qüvvələrdən icazə alırlar. Amma nəzərə almaq lazımdır ki, analoji çıxışlar nə Əbdülkərim Abedini, nə də onun kimi digərlərinin savadına, məntiqinə, intellektual səviyyəsinə uyğundur. Odur ki, onların səsləndirdikləri siyasi motivli fikirlər sadəcə gülüş və təəccüb yaradır. İran mollaları Azərbaycanı nə tənqid edəcək, nə də bu ölkənin rəsmi şəxsləri, o cümlədən birinci şəxsinə cavab vermək iqtidarında deyillər.

Üstəlik, belə bəyanatlar İran hakimiyyətinə başucalığı gətirmir. Əksinə, Azərbaycanla ikitərəfli münasibətlərə zərbə vurur. Rəsmi Tehran bunu nəzərə almalı və İran mollalarının ölkənin xarici siyasətinə müdaxiləsinin qarşısını almalıdır.

İran suveren dövlətdir. Belə olan halda əgər İranın xarici siyasətini mollalar idarə edirsə və onların səsləndirdikləri fikirlər qonşu dövlətlərlə münasibətlərə toxunursa, deməli, rəsmi Tehranın xarici siyasət kursu “yox” səviyyəsindədir. Odur ki, İran hakimiyyəti mollaların “siyasətşünaslığına” rəvac verməməli, əksinə, onların ən qısa zamanda Azərbaycan xalqından üzr istəməsini tələb etməlidir. Əks halda gələcək perspektivdə münasibətlərin pisləşməsinə məsuliyyəti rəsmi Tehran daşıyacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində İran mollalarının Azərbaycana qarşı son vaxtlar səsləndirdikləri qeyri-adekvat fikirlərə münasibət bildirib. Ölkə lideri İranın ali dini liderinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin də qatıldığı tədbirdə Azərbaycan və onunla bağlı səslənmiş ifadələri “təhqir” adlandırıb. O, rəsmi Tehranın Azərbaycan xalqından üzr istəməsini tələb edib.

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button