İran müharibədə: Ölənlərin sayı 787 oldu, kürdlərin komandanlıq mərkəzi və SEPAH-ın bazası dağıdıldı – YENİLƏNİR

İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin İslam Respublikasına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 787-yə çatıb.

***

12:52

SEPAH-ın Şiraz vilayətinin Cavadiyə şəhəri ətrafındakı hərbi bazasına zərbələr endirilib.

KİV Bəndər Abbas şəhərində partlayışlar barədə də məlumat verib.

Həmçinin qeyd edilib ki, ABŞ və İsrail hücumlarının hədəfi olan Sənəndəcdəki Kürdüstan Sərhəd Mühafizəsi Komandanlıq Mərkəzi dağıdılıb.

***

12:12

İran mənbələrinin məlumatına görə, ABŞ və İsrailin davam edən hava hücumları ilə əlaqədar Xomeyn şəhərində bir neçə güclü partlayış baş verob.

Paytaxt Tehranın Pərdis yüksəkliklərində güclü partlayış səsləri eşdirilib.

Həmçinin İsfahanda “Sayran” Elektro-Optik Sənaye Mərkəzi hava hücumuna məruz qalıb.

***

12:05

İran ordusunun cənub-şərq regional qərargahı Kirman hava bazasına edilən hücumda 13 hərbçinin öldürüldüyünü açıqlayıb.

Həçinin Bəndər Abbas, İsfahan, Buşehr, Kiş, Şiraz, Təbriz, Dezful və Tehranın Parçin rayonunda partlayışlar olduğu deyilir.

***

11:47

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər.

Həmçinin, İsfahana hücumun davam etdiyi bildirilir.

Təbriz şəhərində də güclü partlayışlar barədə məlumat var.

***

11:28

İran mənbələri İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin Kirmanşah, Kərəc və Şiraza zərbələri barədə məlumat yayıblar.

Hücumlardan sonra şəhərlərdə silsilə partlayışların baş verdiyi bildirilib.

İlam əyalətində isə İran ordusunun hava hücumundan müdafiə sistemləri məhv edilib.

***

11:20

TASS-ın verdiyi məlumata görə, İranın paytaxtı hava hücumlarına məruz qalıb və Tehranın şərqində tüstü buludları qalxıb.

***

10:54

Yerli KİV ABŞ və İsrailin davam edən hava hücumları fonunda İranın Şiraz şəhərində partlayışlar barədə məlumat yayıb.

***

10:36

İran mənbələri İsfahan şəhərində güclü partlayışlar barədə məlumat yayıblar.

***

10:34

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Kamal Penhasi hava hücumu zamanı Tehranda İranın Dövlət Televiziya-Radio Kompleksinin hədəfə alındığını bildirib. O, dövlət televiziyasını “SEPAH-ın yalan aparatı” və “rejimin repressiya maşınının döyünən ürəyi” adlandırıb.

***

10:29

İsrail və ABŞ-nin qırıcı təyyarələri Urmiyaya zərbələr endirib. Hücumdan sonra şəhərdə güclü partlayış səsləri eşidilib.

***

10:25

İsrail Hərbi Hava Qüvvələri Tehranda hərbi sənaye müəssisələri və ölkənin mərkəzindəki raket obyektlərinə zərbələr endirir.

***

09:57

İsrail Hərbi Hava Qüvvələrinin zərbələrindən sonra İranın paytaxtı Tehranda güclü partlayışlar baş verib.

ABŞ və İsrailin hava hücumu zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) beş üzvü öldürülüb. ISNA-nın məlumatına görə, hadisə Buşehrin cənubuna endirilən zərbə nəticəsində baş verib.

***

09:31

İsrail Hərbi Hava Qüvvələri eyni vaxtda İran və Livana qarşı genişmiqyaslı hücum dalğasına başlayıb.

Polise.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Polise.az
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button