İran nə baş verdiyini biləndə Qarabağda savaş bitdi…

İran hakimiyyəti regional proseslərdən kənarda qalmaq istəmir.

Rusiyalı politoloq Fyodor Lukyanov deyib.

“İran baş verənlərdən narahatdır. Son bir neçə ayda fərqli səviyyələrdə iranlı həmkarlarımla maraqlı əlaqələrim olub. Əminəm ki, onlar regionda baş verən dəyişikliklərdən çox narahatdır. İkincisi, onlar baş verən dəyişiklərin nə olduğunu bilmirlər. Tehran xüsusilə Rusiya və Türkiyənin qarşılıqlı fəaliyyətini dəqiq təsəvvür etmir. Türkiyənin aktivliyi onlarda suallar yaradır.

İranın Qarabağ müharibəsi zamanı passivliyi məhz bununla bağlıdır. Onlar bu situasiyada özlərini necə aparacaqlarını, bundan sonra regionla situasiyanın necə olduğunu müəyyənləşdirə bilməyib. İndi onlar özlərinə gəliblər. Əsas qayğıları kənarda qalmamaqdır. Daha dəqiq desək, regional dinamikanın digər oyunçular tərəfindən müəyyən ediləcəyi situasiyaya düşmək istəmirlər”, – deyə o bildirib.

Lukyanov İranın Rusiya ilə kifayət qədər sıx əlaqəsinin olduğunu, amma bu münasibətlərin birmənalı olmadığını deyib:

“Türkiyə ilə münasibətlər də belə intensivdir. İranın xətrinə heç kim dəymək istəmir, amma Moskva, Ankara, İrəvan və Bakının Tehranın burada nə qədər iştirakçı olmasında maraqlı olmasıyla bağlı uyğunsuzluqlar var. İran diplomatiyasiyası özünün əzmkarlığı və bacarığı ilə seçilir. Ona görə də düşünürəm ki, onlar buraxılana yetişmək üçün çalışacaqlar. İstənilən halda İran regionda vacib oyunçudur və onu nəzərdən qaçırmamaq lazımdır”.

Lukyanov həmçinin İranın sərhəd məsələsində narahatlıq keçirdiyini bildirib:

“Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Azərbaycanın harada bitdiyinin bəlli olmadığına dair cəsur bəyanatlar verdilər. Bu, Tehranı güclü şəkildə narahat edir. Xüsusilə, Azərbaycan Prezidentinin bu bəyanatı bəyənərək dinləməsi Tehranı narahat edir. Məncə, Tehran başa düşür ki, İranın ünvanına nə Türkiyə, nə də Azərbaycan tərəfindən hansısa real ərazi iddiasından söhbət gedə bilər. İran başa düşür ki, bu ritorika hərbi qələbənin əhəmiyyətini artırmaq üçündür. Digər tərəfdən sərhədlər həmişə dəyişib. Elə bir region yoxdur ki, əsr ərzində sərhədləri fundamental dəyişməsin. XXI əsr çətin ki, istisna olsun. İran tamamilə haqlı olaraq perspektivindən narahatdır”.

Hamısını Göstər

Related Articles

Back to top button