İran növbəti dəfə Zəngəzur dəhlizinə qarşı çıxdı: Qırmızı xəttimizdən yayınmayacağıq

“İran dəhliz məntiqi olan istənilən yola qarşıdır”.
Polise.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Zəngəzur dəhlizi barədə danışarkən bildirib.
“İran tərəfi bu dəhlizin qəbuledilməzliyi ilə bağlı prosesdə iştirak edən bütün ölkələri məlumatlandırıb. Zəngəzur dəhlizi Ermənistan və İranın maraqlarından irəli gəlmir, bu, bizim üçün qırmızı xətdir. Bunu dəfələrlə bəyan etmişik və bu mövqeyə sadiq qalmağa davam edirik. İran öz qırmızı xətlərindən yayınmaq niyyətində deyil”, – diplomat qeyd edib.
Polise.az