İran nüvə sazişi ilə bağlı ABŞ ilə danışıqlar aparmaq istəyir

Amerika Birləşmiş Ştatları (ABŞ) Tehranın nüvə proqramı ilə bağlı İranla razılaşma əldə etməyə çalışır; belə bir razılaşma bölgəyə sülh və firavanlıq gətirəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şinin BMT Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubunda deyilir.

“ABŞ İran hökuməti ilə razılaşma əldə etməyə çalışır. Əgər İran hökuməti nüvə ambisiyalarından imtina edərsə və bir daha heç vaxt nüvə silahına sahib olmağa çalışmazsa, bu razılaşma İran xalqına böyük fayda, bütün regiona sülh və firavanlıq gətirəcək”, – sənəddə qeyd olunur.

Eyni zamanda, məktubda qeyd olunur ki, İranın yeni cavabı halında ABŞ öz vətəndaşlarına qarşı təhdidlərə və ya “müttəfiqlərin və tərəfdaşların kollektiv müdafiəsi çərçivəsində” cavab vermək üçün “özünümüdafiə hüququna uyğun olaraq zəruri əlavə tədbirlər” görmək hüququnu özündə saxlayır.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button