İran ordusu ABŞ-yə meydan oxudu: Sonunuz Əfqanıstan kimi olacaq

“İrana qarşı istənilən qanunsuz müdaxiləyə qətiyyət və güclə cavab veriləcək”.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
“Amerikanın bölgədəki hər hansı fitnəsi onun başına Vyetnam və Əfqanıstan kimi aqibət gətirəcək”, – bəyanatda qeyd olunur.
İran ordusunun Baş Qərargahı ABŞ Prezidenti Donald Trampı “həyasız və yalançı” adlandırıb.