İran Prezidenti ABŞ-nin danışıqlar üçün şərtlərini rədd etdi

İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin danışıqların davam etdirilməsi üçün alçaldıcı şərtlər qoyduğunu və İranın bunu qəbul etməyəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Pezeşkian Tehranda siyasi elitanın nümayəndələri ilə görüşündə qeyd edib ki, İranın əvvəllər ABŞ ilə danışıqlar aparıb və razılığa gəlməyə hazır olub, amma Vaşinqton müharibəyə əl ataraq razılaşmanı pozub: “ABŞ indi danışıqların davam etdirilməsi üçün alçaldıcı şərtlər təklif edir. Biz bunu qəbul etməyə hazır deyilik. İran alçaldıcı şərtləri qəbul etmyəcək”.

Pezeşkyan vurğulayıb ki, İran qarşıdurma axtarmır və Tehranın dəfələrlə nüvə bombası hazırlamadığını və hər cür yoxlamaya hazır olduğunu bildirib: “Lakin qarşı tərəf İranı bütün güc elementlərindən məhrum etməyə və sionist rejimi qarşısında zəiflətməyə çalışır. İran sülh axtarır, lakin hədə-qorxuya dözməyəcək”.

Pezeşkian bildirib ki, əgər qarşı tərəf həqiqətən nüvə silahları ilə bağlı narahatdırsa, İran danışıqlara hazırdır.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button