İran Prezidenti: Nüvə hüququmuzdan heç vaxt imtina etməyəcəyik

İran Prezidenti Məsud Pəzeşkian ABŞ Prezidenti Donald Trampın hərbi güc tətbiq etməklə bağlı təhdidlərinə cavab olaraq bildirib ki, Tehran danışıqları davam etdirəcək lakin nüvəni zənginləşdirmək hüququndan heç vaxt imtina etməyəcək.

Teleqraf xəbər verir ki, o, bu fikirləri ölkənin Hərbi Dəniz Qüvvələri rəhbərliyi ilə görüşdə ifadə edib.

Pəzeşkiyan Trampın İrana qarşı verdiyi ikili mesajları tənqid edərək deyib: “Bir tərəfdən Tramp regionda sülh istəyir, digər tərəfdən isə bizə zor tətbiq edəcəyini bildirir. Hangi sözlərinə inanmalıyıq? Sülhə dair fikirlərinə, yoxsa ölüm və dağıntı ilə bağlı təhdidlərinə?”

Prezident qeyd edib ki, İran müharibə istəmir amma heç bir təhdiddən qorxmur və öz hüquqlarını qorumağa davam edəcək: “Biz danışıqlara açığıq amma heç vaxt nüvə sahəsindəki irəliləyişlərimizdən və elmi nailiyyətlərimizdən əl çəkməyəcəyik. Düşmənin hədə-qorxuları qarşısında geri çəkilməyəcəyik. Biz ayıq və güclü qalmağa davam edəcəyik.”

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button