İran qanunsuz peyk yayımlarından narahatdır

İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisindəki daimi nümayəndəsi, səfir Əli Bəhreyni Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) Baş katibi Dorin Boqdan-Martinə rəsmi müraciət ünvanlayıb.

Teleqraf xəbər verir ki, müraciətdə son vaxtlar ölkədə keçirilən aksiyalar zamanı “Starlink” peyk terminallarının qanunsuz və icazəsiz istifadəsinin İranın milli təhlükəsizliyi üçün ciddi təhdid yaratdığı vurğulanıb.

“Bu terminallardan təşkilatlanmış terror qrupları tərəfindən sabotaj əməliyyatlarının əlaqələndirilməsi, terrorçuların hazırlanması və sülhsevər aksiyaların pozulması məqsədilə istifadə olunur. Aksiyalar zamanı ölkə üzrə internet bağlantısı açıq saxlanılıb, yalnız terrorçu qrupların bu platformadan sui-istifadəsi halları aşkar edildikdən sonra qanuni və mütənasib tədbirlər görülüb”, – səfir deyib.

İran rəsmisi Regional Rabitə Birliyinin (RRB) və Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) müvafiq qərarlarına baxmayaraq, qanunsuz peyk yayımlarının hələ də davam etdiyini və bunun milli təhlükəsizlik üçün ciddi risk yaratdığını qeyd edib.

Xatırladaq ki, yanvarın 14-də amerikalı iş adamı İlon Maskın sahibi olduğu “SpaceX” şirkəti İranda “Starlink” peyk rabitə şəbəkəsini ölkə vətəndaşları üçün pulsuz edib.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Sizin Üçün Seçilmiş
Close
Back to top button