İran səfiri: 165 məktəblinin ölümünə görə məsul olan hərbi cinayətkarlar cəzalandırılacaq

İranda ibtidai məktəbə endirilən zərbə nəticəsində 165 məktəbli qızın ölümünə səbəb olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq.

Polise.az xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali TASS agentliyində dərc olunan məqaləsində bildirib.

Diplomat vurğulayıb ki, mülki yaşayış məntəqələrinin raket atəşinə tutulması beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmasıdır.

Onun sözlərinə görə, Dördüncü Cenevrə Konvensiyası və Birinci Əlavə Protokola əsasən, hərbi və mülki hədəflər arasında fərqin nəzərə alınmaması, mütənasiblik prinsipinə əməl edilməməsi və ehtiyat tədbirlərinin görülməməsi bu hücumu hərbi cinayətə çevirir.

Cəlali qeyd edib ki, belə hücumların təşkilatçıları və icraçıları beynəlxalq cinayət məsuliyyəti daşıyacaqlar.

Xatırladaq ki, fevralın 28-də İranın Minab şəhərində yerləşən ibtidai məktəb ABŞ və İsrailin zərbəsinə məruz qalıb. İranın Fars agentliyi daha sonra məktəbə hücum nəticəsində həlak olanların sayının 165 nəfərə çatdığını bildirib.

 

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button