İran SQ Baş Qərargahı “Fars”ın Rəisinin helikopterinin qəzaya uğramasına dair səbəbləri ilə bağlı məlumatı təkzib edib
İran Silahlı Qüvvələrinin Baş Qərargahı “Fars” agentliyinin İslam Respublikası Prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının səbəblərinə dair məlumatını təkzib edib.
Polise.az xəbər verir ki, bu barədə İran Baş Qərargahının ictimaiyyətlə əlaqələr idarəsinin bəyanatında deyilir.
“Fars” agentliyinin helikopterin qəzaya uğramasında amillərdən biri kimi təhlükəsizlik protokollarına zidd olaraq göyərtədə daha iki sərnişinin olması, bu səbəbdən helikopterin lazımi hündürlüyü əldə edə bilməməsi barədə məlumatı yalandır”, – bəyanatda deyilir.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı mediadan müdafiə və təhlükəsizlik mövzusunda xəbərlərin dərcini qurumla əlaqələndirməyi, operativliyə görə dəqiqliyi qurban verməməyi və düşmənlərə sui-istifadə üçün səbəb verməməyi tələb edib.
Polise.az