İran Ukraynanı ittiham etdi…
Ukrayna Suriyadakı terrorçuları pilotsuz uçuş aparatları (PUA) ilə təmin edir.
Teleqraf.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəsmi nümayəndəsi İbrahim Rezayi deyib.
“Livanda atəşkəs rejiminin tətbiqindən dərhal sonra biz terrorçu qrupların fəallaşmasının və Suriyanın bir sıra şəhərlərinə hücumların şahidi olduq. Terrorçular, Ukrayna hökuməti tərəfindən onların ixtiyarına verilmiş pilotsuz təyyarələr də daxil olmaqla keçmişdə olduğundan daha çox təchiz olunurlar ”, – deputat bildirib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti buna görə məsuliyyət daşımalıdır.
Polise.az