İran və İsrail XİN başçıları arasında söz dueli: “Ölkənizi daxildən viran qoyursunuz”
İran və İsrail xarici işlər nazirləri arasında “Twitter”də gedən söz duelinin davamında, Yair Lapid Əmir Abdullahianın təhdidlərinə cavab verib.
“Azad İran” Telegram kanalına istinadən xəbər verilir ki, o yazıb:
“İfratçı İran rejimi İsraili yox etməklə təhdid edir. Lakin həmişəki kimi bu döyüşdə məğlub olacaq. Rejimin məğlubiyyətə uğramış rəhbərliyi İranı daxildən viran qoyur”.
Lapid daha sonra əlavə edib: “İran xalqı bilməlidir ki, onun acınacaqlı yaşayışının səbəbkarı İslam Cümhuriyyətidir”.