İran və Rusiya Suriyadakı hərbi mövqelərini boşaldır

Musavat.com -un əldə etdiyi məlumatlara görə, Suriya ərazisində ciddi dəyişikliklər baş verir.

Belə ki, İranın proksi qüvvələri ölkənin Əl-Bukamal və Deyr Əz-Zor bölgələrindəki qərargahlarını təcili boşaldaraq İraq istiqamətinə çəkilib. Paralel olaraq, Rusiya da Hama vilayətində yerləşən Məsiyaf ərazisindən zenit-raket komplekslərini çıxarıb.

Bu addımlar, bölgədəki qüvvələr balansının ciddi şəkildə dəyişəcəyinə işarədir. Müşahidəçilərin fikrincə, İran və Rusiyanın bu qərarları Suriyada yeni bir mərhələnin başlanğıcını göstərə bilər. Artıq diktator Bəşər Əsədin ölkəni tərk etməsi ilə bağlı xəbərlər də yayılmağa başlayıb. İddialara görə, Əsəd rejiminin sonu yaxınlaşır.

Musavat.com bu hadisələrə dair görüntüləri təqdim edir. Hadisələrin gedişatı və Suriya daxilindəki dəyişikliklər regionda yeni siyasi və hərbi reallıqların formalaşmasına səbəb ola bilər. 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button