İrana qarşı SENSASİON ssenari – ABŞ buna getsə…

“ABŞ-ın mümkün quru əməliyyatları barədə müxtəlif ehtimallar səsləndirilir. Həmin ssenarilərə görə, belə əməliyyatların əsas məqsədi İran iqtisadiyyatına ciddi zərbə vurmaq ola bilər”.

Bu sözləri güneyli fəal və siyasi müşahidəçi Əlirza Zamani ABŞ-ın İranda mümkün məhdud quru əməliyyatları barədə Axar.az-a danışarkən deyib.

Onun sözlərinə görə, ehtimal olunan variantlardan biri Fars körfəzində yerləşən və İran iqtisadiyyatının ürəyi sayılan Xark adasının ələ keçirilməsidir: “Daha önəmli məqamlardan biri isə İranın neft ixracı üçün əsas keçid sayılan Hörmüz boğazıdır. İranın dünyaya neft ixracının böyük hissəsi məhz bu boğaz vasitəsilə həyata keçirilir. Hörmüz boğazında yerləşən Qeşm adasının quru əməliyyatları ilə ələ keçirilməsi ehtimalı da müzakirə olunan variantlar arasındadır. Boğazın ətrafında yerləşən Bəndər-Abbas şəhəri də İranın əsas limanlarından biridir. Bu əraziyə nəzarət əldə edildiyi halda İranın neft ixracının tamamilə dayanması ehtimalı yarana bilər. İranın dünyaya iqtisadi ixracının böyük hissəsi və əsas liman infrastrukturu da bu bölgədə yerləşir”.

Ekspert bu strateji nöqtələrin ələ keçirilməsinin İran iqtisadiyyatının ciddi şəkildə zəifləməsinə və ölkənin asılı vəziyyətə düşməsinə səbəb ola biləcəyini vurğulayıb:

“Belə bir vəziyyət isə İranın təslim olmasına gətirib çıxara bilər. “ABŞ-ın İranda mümkün məhdud quru əməliyyatları” ifadəsi işlədilərkən, ehtimal ki, məhz bu cür ssenarilər nəzərdə tutulur”.

Zəng edib mənimlə maraqlanmadılar - Azər Badamov Modern.az-a DANIŞDI | Modern.az

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Musavat.com-a bildirib ki, Xark adasında İran neftinin 90%-ni ixrac edən terminallar yerləşir.

“Ona görə də İsrail və ABŞ Xark adasını bu vaxta qədər hədəf seçməyib. Hörmüz boğazı və boğazda yerləşən Qəşm adası da İran üçün həyatı əhəmiyyət daşıyır. O cümlədən, Bəndər-Abbas limanı həm İran, həm də Avropaya qədər böyük bir coğrafiyada yerləşən ölkələrə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır. Təbii ki, bu infrastrukturların məhv edilməsi və ya da quru əməliyyatla işğal olunması İran iqtisadiyyatını sürətlə çökdürəcək və mövcud rejimin təslim olunmasına yol açacaq. Amma sual olunur ki, quru əməliyyatların aparılması nə qədər real görünür. Biz heç də yaddan çıxartmamalıyıq ki, İran nə Qəzza bölgəsidir, nə də Liviyadır. Burada quru əməliyyatların aparılması heç də rahat məsələ deyil. Hətta quru əməliyyatlara cəhd belə olunarsa əməliyyatların uğurlu ola biləcəyinə də heç kim təminat verə bilməz”,_ deyə deputat vurğulayıb. Onun sözlərinə görə, İranın kifayət qədər güclü raket və quru qoşunları potensialı var: “Əgər ABŞ-İsrail cütlüyü bir yerdə quru əməliyyatlara başlayarsa, bu, böyük itkilərlə nəticələnə bilər. Həm də uğurlu nəticə əldə olunmasa, ABŞ üçün böyük bir uğursuzluq olacaq və Trampa qarşıdan gələn aralıq seçkilərində problem yarada bilər. Ona görə də ABŞ quru əməliyyatların keçirilməsindən danışsa da, söz olaraq qalmaqdadır”.\Cavanşir ABBASLI\

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button