İrana xəbərdarlıq etdi: Odla oynamayın

“İranın nüvə proqramı tamamilə sülhməramlıdır və ən sərt yoxlama rejimi altında olub”.
Polise.az xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani deyib.
ABŞ ilə danışıqlara toxunan diplomat bildirib ki, Tehran ədalətli və məzmunlu danışıqları alqışlayır, amma Vaşinqtonun uranın zənginləşdirilməsindən imtina tələbini öz hüquqlarına zidd hesab edir.
“İran heç bir təzyiq və qorxutma cəhdləri qarşısında təslim olmayacaq”, – İran nümayəndəsi qeyd edib.
ABŞ-nin rəsmi nümayəndəsi Morqan Ortaqus isə İrəvaniyə müraciətlə söyləyib: “Odla oynamayın, Prezident Trampın uzanmış diplomatik əlini qəbul edin, o, hələlik sizə doğru uzanıb”.
Polise.az



