İrana yönəlik şok siqnal: ABŞ “ən pis ssenariyə” hazırlaşır

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun Yaxın Şərqdə, o cümlədən İran ətrafında hərbi mövcudluğu ilə bağlı diqqətçəkən açıqlama verib.
Polise.az Musavat.com-a istinadən xəbər verir ki, Vens ABŞ-nin regionda kifayət qədər hərbi qüvvə saxladığını və bunun əsas məqsədinin mümkün risklərə qarşı qabaqlayıcı hazırlıq olduğunu bildirib.
Onun sözlərinə görə, bölgədə amerikalı hərbçilər və digər şəxslər potensial təhlükə ilə üz-üzə qala bilər. ABŞ administrasiyası bu səbəbdən istənilən ssenariyə hazır olmağı vacib sayır.
“Regionda xeyli sayda qüvvəmiz var, təhlükə altında qala biləcək insanlar mövcuddur. Düşünürəm ki, Donald Tramp sadəcə olaraq əmin olmaq istəyirdi ki, əgər iranlılar çox ağılsız bir addım atsalar, bizim cavab vermək üçün bütün lazımi resurslarımız olsun”, – deyə ABŞ vitse-prezidenti vurğulayıb.
Polise.az



