İranda etirazlar daha da genişlənir: Kərəc şəhəri də nəzarətə götürüldü

İranda baş verən etiraz aksiyaları yeni mərhələyə keçir.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar artıq ölkədə üçüncü şəhəri – Kərəci nəzarətə götürüblər.

Kərəc Tehranın qərbində yerləşən iri şəhər-satellit olmaqla yanaşı, İranın əsas sənaye mərkəzlərindən biri hesab olunur. Şəhər Əlborz vilayətinin inzibati mərkəzidir və strateji baxımdan mühüm nəqliyyat qovşağı sayılır. Kərəc Tehranı Xəzər dənizi istiqaməti və ölkənin digər regionları ilə birləşdirən əsas yollar üzərində yerləşir.

Rəsmi statistikaya əsasən, şəhərin əhalisi 1,5 milyondan çoxdur. Bu isə Kərəcdə baş verən proseslərin təkcə regional deyil, ümumölkə miqyasında ciddi təsir potensialına malik olduğunu göstərir.

Məlumatlara görə, şəhərdə inzibati obyektlərin fəaliyyəti zəifləyib, nəqliyyat axınında məhdudiyyətlər müşahidə olunur. Hadisələrin necə inkişaf edəcəyi və hökumətin bu vəziyyətə hansı addımlarla reaksiya verəcəyi yaxın saatlarda daha aydın olacaq.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button