İranda etirazlar davam edir

İranda etirazlar və iğtişaşçıların həbsləri davam edir.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, İlam, Qum və Huzistan əyalətlərində naməlum şəxslər küçələrə odlu və soyuq silahlarla çıxıblar.

“Mehr” agentliyinin yayımladığı görüntülərdə maskalı şəxslərin əllərində silah tutduqları görünür. Qumda iğtişaşçılar mülki avtomobili yandırıblar.

“Fars” agentliyinin məlumatına görə, yanvar 2-də axşam Tehran və onun bəzi ətraf ərazilərinin ayrı-ayrı qruplar hökumət əleyhinə şüarlar səsləndirərək, yoldan keçənləri təhrik etməyə çalışıblar. Silahlı iğtişaşçılar bir neçə əyalətdə hökumət binalarına hücumları davam etdirirlər.

Huzistan əyalətinin Şuştar şəhərində polis bir qrup etirazçını saxlayıb və bir ədəd “Colt” tapançası, 12 bıçaq və bir daraq müsadirə edib. Əyalətin polis rəisi Fərşad Kazemi hüquq-mühafizə orqanları əməkdaşlarının çevik hərəkətlərinin bir neçə iğtişaşçını müəyyənləşdirməyə və saxlamağa imkan verdiyini qeyd edib, vətəndaşları cinayətkarların nifaq salmaq cəhdləri fonunda ayıq-sayıq olmağa çağırıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button