İranda ölənlərin sayı 500-ü ötüb – Etirazlar davam edir

İranda davam edən etiraz aksiyaları zamanı ölənlərin sayı 500-dən çox olub.

Teleqraf xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, ABŞ-də yerləşən hüquq-müdafiə qrupu HRANA iki həftəlik iğtişaşlar ərzində 490 etirazçının və 48 təhlükəsizlik əməkdaşının həlak olduğunu təsdiqlədiyini bildirib.

Məlumata əsasən, 10 600-dən çox şəxs saxlanılıb.

Rəsmi Tehran hələlik itkilərlə bağlı dəqiq statistika açıqlamayıb və “Reuters” məlumatları müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edir.

Məlumata görə, etirazlar dekabrın 28-də bahalaşma fonunda başlayıb, daha sonra ölkəni 1979-cu ildən idarə edən ruhani hakimiyyətə qarşı yönəlib. Hakimiyyət orqanları iğtişaşların təşkilində ABŞ və İsraili ittiham edir.

Bu fonda ABŞ Prezidenti Donald Tramp etirazçılara qarşı zorakılıq davam edərsə, Vaşinqtonun müdaxilə variantlarını nəzərdən keçirdiyini bildirib.

İran parlamentinin sədri isə Vaşinqtonu səhv hesablamadan çəkinməyə çağıraraq, İrana hücum ediləcəyi təqdirdə ABŞ bazalarının və İsrailin legitim hədəf olacağını bəyan edib.

BMT Baş katibi Antonio Quttereş İranda zorakılıq xəbərlərindən sarsıldığını bildirərək, maksimum təmkinə çağırıb və ifadə, toplaşma azadlıqlarının qorunmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, İsrail mənbələri mümkün ABŞ müdaxiləsi fonunda ölkənin yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildiriblər.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button