İranda öldürülən hakimlər terrorda şübhəli bilinən şəxslərin işlərinə baxırdılar – YENİLƏNİB

İran Ali Məhkəməsinin öldürülən hakimləri terrorçuluq və casusluqda şübhəli bilinənlərin işlərinə baxırdılar.
Polise.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin məhkəmə hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.
Yerli KİV-in məlumatına görə, hücum edən şəxs özünü öldürüb.
Dəqiqləşdirilmiş məlumata görə, yaralanan şəxs hakim yox, mühafizəçilərdən biri olub.
12:59
Tehranda Ali Məhkəmə binasının qarşısında atışma baş verib.
Polise.az-ın məlumatına görə, bu barədə IRNA agentliyi məlumat yayıb.
İki hakim həlak olub, biri yaralanıb.
İlkin məlumata görə, hakimiyyət bunu terror aktı kimi qiymətləndirir.
Polise.az



