İranda polislər Novruz bayramını keçirən əhaliyə hücum ediblər
Güney Azərbaycanın Üçnova (Uşnəviyə) şəhərində xüsusi və çevik polis dəstələri Novruz bayramı ilə bağlı keçirilən mərasimlərə basqın edib.
Bu barədə “Azad İran”ın “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, insanlarla toqquşma yaşanıb.