İranda son durum: SEPAH-ın “İmam Əli” hərbi bazası bombardman edildi – YENİLƏNİR

SEPAH-ın Çabahardakı “İmam Əli” hərbi bazası hava zərbələrinə məruz qalıb.
Tehranın “Azadi” meydanının ətrafı da bombardman edilib.
İsfahanda da qırıcıların hücumu fonunda partlayışlar baş verib.
***
13:55
“Iran International”ın məlumatına görə, Tehran bu gün İsrail və ABŞ-nin İranda hərbi əməliyyatlarının başlamasından bəri ən ağır hücumlara məruz qalıb.
***
13:29
Paytaxt Tehranın bir sıra bölgələrində partlayışlar baş verib.
Məlumata görə, ABŞ və İsrail qırıcıları şəhərdə hökumətə məxsus binalara zərbələr endirirlər.
Xomeyn şəhərində də bəzi dövlət qurumlarının binalarının hədəfə alındığı və dağıdıldığı bildirilib.
***
ABŞ və İsrail Qum şəhəri ətrafında yerləşən hərbi mərkəzə yenidən hücum edib.
Yerli KİV-in məlumatına görə, Amerika və İsrail qırıcılarə paytaxt Tehran üzərində bir saatdan çox uçuş həyata keçiriblər.
Saqqız şəhərində güclü partlayışlar baş verib.
Lorestanda SEPAH-ın kəşfiyyat mərkəzi və hərbi qərargahı bombardman edilib.
***
12:42
İran Qırmızı Aypara Cəmiyyətinin məlumatına görə, ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1332-yə çatıb.
***
12:28
Kirmanşah və İsfahan vilayətlərində hava hücumu fonunda silsilə partlayışlar barədə məlumat yayılıb.
***
11:56
İsfahan əyalətinin müxtəlif bölgələri hücuma məruz qalıb
Fars vilayətinin rəhbərliyinin binası və Şirazın imam-cüməsinin ofisi bombalanıb.
Tehranın cənubunda partlayış səsi eşidilib. Həmçinin, məlumata görə, Parand şəhəri ətrafında güclü partlayışlar olub.
Lorestan vilayəti də ABŞ və İsrailin hava hücumlarının hədəfinə çevrilib.
Kirmanşaha da ardıcıl raket zərbələri endirilib.
***
09:31
İsrail KİV paytaxt Tehranda partlayışlar barədə məlumat yayıb.
***
09:29
ABŞ və İsrail Hərbi Hava Qüvvələri İranın Qum şəhərinin ətrafını bombardman ediblər.
Polise.az xəbər verir ki, hücum zamanı şəhər ətrafındakı iki hərbi obyektin hədəfə alındığı bildirilib.
Polise.az



