İranda vəziyyət: Qırıcılarla Həmədana girdilər – YENİLƏNİR

Bəndər Abbasda partlayış səsləri eşidilib.
Həmədanın hava məkanında qırıcı təyyarələrin uçuşu müşahidə edilib.
Abadanda neft-kimya zavodu və SEPAH-ın hərbi bazası hücuma məruz qalıb.
SEPAH-ın Deyləmdə “İmam Həsən” dəniz bazasındakı katerlərinə PUA hücumları barədə məlumat yayılıb.
Dezful və Kərəc şəhərlərində silsilə partlayışlar baş verib.
***
11:51
Şirazda İran Hərbi Hava Qüvvələrinin bazasına zərbələr endirilib.
Xomeyndəki raket bazasına da hücum olub.
***
11:19
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran Hərbi Hava Qüvvələrinin üç təyyarəsinin məhv edildiyini açıqlayıb.
Məlumata görə, CENTCOM dəqiq idarəolunan silahlarla iki nəqliyyat, bir kəşfiyyat təyyarəsini sıradan çıxarıb.
Hadisə Kirman şəhərində yerləşən hərbi aerodroma hücum zamanı baş verib.
***
11:13
Nasirşəhrdəki Parand sənaye parkı, Zavareh, Kazemabad və ətraf ərazilər hava hücumuna məruz qalıb.
Həmçinin məlumata görə, Ərak şəhərindəki altı sənaye kompleksi ABŞ və İsrailin hava hücumları zamanı hədəfə alınıb.
***
10:23
İraqın Suriya ilə sərhədində yerləşən İran proksi qüvvələrinə məxsus hərbi baza hava zərbələri ilə darmadağın edilib.
“Al Arabiy”nın məlumatına görə, hava hücumu nəticəsində 20 nəfər ölüb, çoxlu sayda yaralı var.
***
09:50
“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, ABŞ və İsrail Hərbi Hava Qüvvələri Tehranın təxminən 27 km cənub-qərbində yerləşən Rabat Kərimdəki sənaye zonasına zərbə endirib.
Polise.az



