İrandan aparılan 90 milyonluq heroin ABŞ-nin Azərbaycana verdiyi avadanlıqla aşkar edildi

Bu ayın əvvəlində Astara gömrükçüləri İrandan Estoniyaya gedən tranzit yükündə dəyəri 90 milyon ABŞ dolları olan böyük miqdarda heroin müsadirə ediblər.
Teleqraf ABŞ-nin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, narkotiklər ABŞ səfirliyi nəzdində Hərbi Qrup tərəfindən 2021-ci ildə Azərbaycan Dövlət Gömrük Komitəsinə təqdim edilmiş dəmir yol vaqonlarının stasionar tipli yoxlama baxış sistemi sayəsində aşkar olunub.
“Bu əməliyyat narkotik qaçaqmalçılığına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın, xüsusilə də ABŞ-Azərbaycan tərəfdaşlığının nə qədər mühüm rol oynadığını bir daha təsdiqləyir. Bu ay ərzində həyata keçirilən bu uğurlu əməliyyat, ABŞ–Azərbaycan əməkdaşlığının hər iki ölkəyə fayda verdiyini və Amerika, Azərbaycan və bütün region üçün təhlükəsizliyin gücləndirilməsinə xidmət etdiyini göstərən parlaq bir nümunədir”, – məlumatda vurğulanıb.
Polise.az



