İrandan Azərbaycan açıqlaması
İran həmişə qonşularının yaxşılığını istəyir və heç vaxt qonşuları üçün təhdid olmayıb.
Bnu İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şamxani sosial media hesabında yazıb.
“Problemlər qonşu ölkələr arasında əməkdaşlıq və həmrəyliklə həll edilməlidir. Bütün xarici qüvvələrin regiona şeytanlıq və fitnədən başqa bir təsiri yoxdur. Qonşu ölkələrimizi bu mövzuda sayıq olmağa çağırırıq”, – deyə Şamxani bildirib.