İrandan Bakı və Ankaranın birgə təliminə anormal reaksiya
Xəzərin hüquqi statusu haqqında bəyannamə bu məsələyə tam şəkildə aydınlıq gətirdi. Beş Xəzəryanı dövlət digər dövlətlərin dənizdə iştirakının qanunsuz olması barədə razılıq əldə ediblər.
Bunu İran xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə Türkiyə və Azərbaycanın Xəzər dənizində hərbi təlimləri ilə bağlı açıqlamasında deyib.
Xətibzadə məsələnin Xarici İşlər Nazirliyində müzakirə olunduğunu bildirib.