İrandan müharibə mesajı: Atəşkəsi uzatmaq lazım deyil

Polise.az Teleqraf-a istinadən  xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü İbrahim Rezayi deyib.

“Atəşkəsin başa çatması onun uzadılmasına gətirib çıxarmamalıdır. İranın hüquqları, o cümlədən Hörmüz boğazı üzərində nəzarətimiz tanınmalıdır, əks halda müharibəyə qayıdacağıq. Onlara yaranmış bu nəfəsalma fasiləsindən istifadə edib öz düşmən fəaliyyətlərini yeniləməyə və yenidən silahlanmağa imkan vermək olmaz.

Əgər hüquqlarımız tanınmasa, ABŞ və İsraildə arxayınlıq yaradan bu zəif atəşkəsdən sonra “dişi” kökündən çıxarmaq lazımdır”, – Rezayi bildirib.

Xatırladaq ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İrana hücumları müvəqqəti olaraq dayandırmağa hazır olduğunu bildirdikdən sonra rəsmi Tehran iki həftəlik atəşkəs şərtlərini qəbul edib. Tərəflər arasında atəşkəsin elan edilməsindən sonra – aprelin 10-da İslamabadda aparılan danışıqlar nəticəsiz başa çatıb.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button