İrandan Zəngəzur açıqlaması: “Yaxın günlərdə…”

İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi bəllidir.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Qurumun sözçüsü Türkiyə və İran arasında sərhəddən yük maşınlarının keçidi ilə bağlı yaranmış problemlərlə bağlı qeyd edib:

“Bu, siyasi yox, texniki məsələdir və əsasən nəqliyyat və yanacaq təchizatı qurumları buna cavabdehdir. Nəqliyyat məsələsinin hər iki ölkə üçün vacib olduğunu nəzərə alaraq, bizim və Türkiyənin səyləri bu məsələnin həllinə yönəlib. Yaxın günlərdə nümayəndə heyətimizin Türkiyəyə səfər edəcəyi gözlənilir”.

Zəngəzur dəhlizi məsələsinə gəlincə, Bəqayi bildirib:

“İranın mövqeyi sabitdir. Biz nəqliyyat sahəsində əməkdaşlığın genişlənməsini alqışlamaqla yanaşı, ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu vurğulayırıq”.

İran rəsmisi bu və nəqliyyatla bağlı digər məsələlərin Türkiyəyə gözlənilən səfər çərçivəsində tərəflər arasında müzakirə ediləcəyini açıqlayıb.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button