İranı tərk edin! – Almaniya vətəndaşlarına çağırış etdi

Almaniya vətəndaşı Cəmşid Şarməhdin edamından sonra bu ölkənin Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Alman XİN-in sözçüsü Kristofer Burger məlumat yayıb.

“Almaniya uzun müddətdir İrana səyahətlə bağlı xəbərdarlıq edib və öz vətəndaşlarından bu ölkəni tərk etməyi istəyib, ona görə ki, Tehran Almaniya vətəndaşlarını girov götürür”, – o bildirib.

Burger həmçinin almaniyalılara İrana səfərər etməməyi tövsiyə edib.

Qeyd edək ki, oktyabrın 29-da casusluq və terrorda günahlandırılan iranəsilli Almaniya vətəndaşı 68 yaşlı Cəmşid Şarməhd Tehranda edam edilib.

Bundan sonra Almaniya Tehrandakı səfirini geri çağırıb və İranın Almaniyanın 3 şəhərindəki konsulluqlarını bağlayıb.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button