İranın Nətənz Atom Elektrik Stansiyasındakı qəzanın səbəbi terror aktıdır

Nətənz nüvə obyektinin paylayıcı elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

TASS xəbər verir ki, bunu ölkənin vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

“İran bu iyrənc hadisəni müzakirə edir və beynəlxalq ictimaiyyətə, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmağın vacibliyini xatırladır”, -deyə o, bəyan edib.

Salehi, həmçinin İranın hadisənin günahkarlarına qarşı əks tədbirlər görmək hüququnu da özündə saxladığını qeyd edib.

Hamısını Göstər

Related Articles

Back to top button