İranın “Qızıl Hasar” zindanından dəhşətli görüntülər
İranın Kərəc şəhərində yerləşən “Qızıl Hasar” zindanından yeni videogörüntülər ifşa olunub.
“Azad İran” “Telegram” kanalı bu barədə “Iranianuk” xəbər agentliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, sözügedən zindanda lentə alınmış dəhşətli görüntülər “Əlinin ədaləti” adlı haker qrupu tərəfindən yayılıb.
Videoda “Qızıl Hasar” zindanının onlarla məhbusunun bir-biriləri ilə kütləvi şəkildə dava etməsinin və zindan əməkdaşlarının buna heç bir müdaxilə etməməsinin görüntüləri ifşa olunub.
Görünən odur ki, orada çalışanlar özləri bilərəkdən belə bir şərait yaradıblar.
Qeyd edək ki, bir neçə gün öncə “Əlinin ədaləti” adlı haker qrupu “Qızıl Hasar” zindanına kiberhücum edərək İran hökumətinin 1 846 məhbusa qarşı irəli sürdüyü saxta ittihamları ifşa etmişdi.



