İranla ABŞ-ın arası düzəlir – Vasitəçi tapdılar
İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ-la gələcək ikitərəfli danışıqların əsasını qoymaq üçün Osloya (Norveç) gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Farhikhtegan” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Mənbə bildirir ki, Norveç Tehran və Vaşinqton arasında gələcək birbaşa dialoq üçün zəmin hazırlamaq məqsədilə belə bir təşəbbüslə çıxış edib.
Həmçinin ikitərəfli danışıqların aparılması üçün şəraitin yaradılacağına şübhələrin olduğu vurğulanıb.
Polise.az