İşə düzəltmək adı ilə vətəndaşların pulunu ələ keçirən şəxs həbs olunub

Vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirən, əvvəllər məhkum olunmuş 47 yaşlı Arif İbrahimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Polise.az-a bildirilib ki, o, zərərçəkmişləri işlə təmin edəcəyinə dair yalan vədlər verərək aldadıb və iki rayon sakininin 17 min manatını ələ keçirib.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə A.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button