İsa Həbibbəylinin qızı vəzifəsindən azad edildi

Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Günay Mənsimova vəzifəsindən azad edilib.

Bizim.Media xəbər verir ki, Ədliyyə Nazirliyindən Ajans.az-a G.Mənsimovaya notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün verilən şəhadətnamənin müddətinin 2025-ci ilin avqust ayında bitdiyi bildirilib.

Həmçinin qeyd edilib ki, G.Mənsimovanın şəhadətnaməsinin müddəti növbəti dövr üçün uzadılmayıb.

G.Mənsimova Azərbaycan Milli Elmlər Akademiyasının (AMAA) prezidenti, akademik İsa Həbibbəylinin qızıdır.

İsa Həbibbəylinin digər 2 oğlu da yüksək vəzifədə çalışır.

 

Polise.az

 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button