İşğaldan azad edilmiş ərazilərdə 1286 partlamamış hərbi sursat aşkarlanıb

15-21 sentyabr tarixlərində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatlarının nəticələri açıqlanıb.

Polise.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə 14 tank əleyhinə, 95 piyada əleyhinə mina, 1286 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

1 130.6 hektar ərazi isə minalardan təmizlənib.

 

Polise.az 
Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button