İşğalı çətin ölkələrin siyahısı açıqlandı – Aralarında Türkiyə də var

ABŞ-nin Venesuelada həyata keçirdiyi və cəmi bir neçə saat ərzində Prezident Nikolas Maduronun nəzarət altına alınması ilə nəticələnən əməliyyat beynəlxalq aləmdə ciddi rezonans doğurub. Sözügedən hadisə hərbi güc balansı, dövlətlərin müdafiə imkanları və mümkün işğal ssenariləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Bu fonda “işğalı ən çətin ölkələr” mövzusu maraq doğurub. Son 20 ildə baş verən müharibələr, regional qarşıdurmalar, hərbi texnologiyalar, coğrafi amillər və ictimai müqavimət faktorları əsasında aparılan analitik qiymətləndirmə nəticəsində aşağıdakı siyahı formalaşıb:
1. ABŞ
İşğal çətinliyi: Okeanlarla əhatə olunması, geniş ərazi
Güclü tərəflər: Dünyanın ən böyük hərbi büdcəsi (təxminən 900 mlrd dollar), qlobal hərbi baza şəbəkəsi, nüvə triadası, yüksək texnologiyalar, əhalinin silahlanma səviyyəsi
2. Çin
İşğal çətinliyi: Kütləvi əhali, mərkəzləşmiş idarəetmə
3. Rusiya
İşğal çətinliyi: Coğrafi genişlik, sərt iqlim
Güclü tərəflər: Dünyanın ən böyük ərazisi, güclü nüvə arsenalı, partizan müharibəsi ənənəsi
4. İsveçrə
İşğal çətinliyi: Alp dağları, ümummilli müdafiə modeli
Güclü tərəflər: “Reduit” müdafiə sistemi, silahlı əhali, neytrallıq statusu
5. Hindistan
İşğal çətinliyi: Kütləvi əhali və mürəkkəb coğrafiya
6. Türkiyə
İşğal çətinliyi: Daxili müqavimət potensialı
Güclü tərəflər: NATO üzvlüyü, dağlıq relyef, SİHA üstünlüyü, yerli hərbi sənaye
7. İran
İşğal çətinliyi: Strateji boğazlara nəzarət
Güclü tərəflər: Dağlıq coğrafiya, regional təsir şəbəkəsi, müdafiə sənayesi
8. Şimali Koreya
İşğal çətinliyi: Militarizə olunmuş cəmiyyət
9. Yaponiya
İşğal çətinliyi: Dənizdən işğalın çətinliyi
Güclü tərəflər: Ada dövləti, inkişaf etmiş hava və dəniz müdafiəsi
10. Böyük Britaniya
İşğal çətinliyi: Ada mövqeyi
Güclü tərəflər: Nüvə sualtı qayıqları, NATO təminatı
11. Fransa
İşğal çətinliyi: Güclü müttəfiq şəbəkəsi
12. Cənubi Koreya
İşğal çətinliyi: Xalq müqaviməti və şəhər infrastrukturu
Güclü tərəflər: ABŞ hərbi mövcudluğu, yüksək texnologiya
13. Almaniya
İşğal çətinliyi: Avropa inteqrasiyası
Güclü tərəflər: Güclü iqtisadiyyat, NATO dəstəyi
14. İsrail
İşğal çətinliyi: Topyekûn müdafiə doktrinası
15. Pakistan
İşğal çətinliyi: Gerilla müharibəsi potensialı
Güclü tərəflər: Nüvə silahları, sərt sərhəd bölgələri
16. Braziliya
İşğal çətinliyi: Amazon meşələri
Güclü tərəflər: Böyük ərazi, strateji resurslar
17. İndoneziya
İşğal çətinliyi: 17 mindən çox ada
Güclü tərəflər: Strateji boğazlar, böyük əhali
18. Vyetnam
İşğal çətinliyi: Tarixi müqavimət təcrübəsi
Güclü tərəflər: Gerilla müharibəsi ənənəsi
19. Polşa
İşğal çətinliyi: Şərqi Avropada strateji mövqe
Güclü tərəflər: NATO dəstəyi, hərbi modernləşmə
20. Meksika
İşğal çətinliyi: Daxili silahlı qruplar
Güclü tərəflər: Dağlıq ərazi, böyük əhali
21. Kanada
İşğal çətinliyi: Sərt iqlim və geniş ərazi
Güclü tərəflər: ABŞ ilə strateji ittifaq
22. Səudiyyə Ərəbistanı
İşğal çətinliyi: Regional ittifaqlar
Güclü tərəflər: Enerji resursları, yüksək hərbi büdcə
23. Avstraliya
İşğal çətinliyi: Logistika problemləri
Güclü tərəflər: Ada-qitə mövqeyi
24. Ukrayna
İşğal çətinliyi: Xalq müqaviməti
Güclü tərəflər: Qərb dəstəyi, geniş ərazi
25. Yunanıstan
İşğal çətinliyi: Dənizdən müdafiə
Güclü tərəflər: Adalar, NATO üzvlüyü
26. Norveç
İşğal çətinliyi: Şimal iqlimi
Güclü tərəflər: NATO, yüksək texnologiya
27. Misir
İşğal çətinliyi: Strateji mövqe
Güclü tərəflər: Süveyş kanalı, böyük ordu
28. Cənubi Afrika
İşğal çətinliyi: Coğrafi uzaqlıq
Güclü tərəflər: Regional güc, resurslar
29. Argentina
İşğal çətinliyi: İzolyasiya olunmuş mövqe
Güclü tərəflər: Çətin relyef
30. Kolumbiya
İşğal çətinliyi: Gerilla müharibəsi ənənəsi
Güclü tərəflər: Dağlıq və meşəlik ərazilər \“AzPolitika.info”\
Polise.az


