İslamabad Vaşinqtonu danışıqlar masasına qaytarmağa çalışır

Pakistan ABŞ-ni İranla danışıqlar masasına qaytarmaq üçün səylərini davam etdirir.
Polise.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən Qətərin “Al-Araby Al-Jadeed” nəşrinə bildirilib.
“Pakistan rəsmiləri ilə İran və ABŞ nümayəndə heyətlərinin üzvləri arasında keçirilən görüşlər müsbət atmosferdə baş tutub, bu, hələ də tərəflərin dialoqu davam etdirməkdə maraqlı olduğunu göstərir”, – Pakistan rəsmisi qeyd edib.
Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətləri arasında aprelin 11-də keçirilən danışıqlar nəticəsiz yekunlaşmışdı.
Polise.az



