İsmayıllı sakinindən qanunsuz olaraq saxladığı ov tüfəngi götürülüb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, rayonun Xanagah kənd sakini Fərhad Bünyatovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.
Onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.