İsmayıllıda dayanma-durma qaydalarını pozan 15 sürücü cərimələnib

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən  şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, reyd zamanı dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülər  yol polisi əməkdaşları tərəfindən müəyyən edilib. Həmin  şəxslərlə maarifləndirici söhbətlər aparılıb və  15 sürücü barəsində inzibati protokol tərtib olunub.

Hamısını Göstər

Related Articles

Back to top button